F-1.az xatırladır ki, bu il 9 yarışdan sonra Rassel yeddiqat Dünya Çempionu komanda yoldaşını bütün statistikalarda üstələyir.
Devid Kulthard: “Məncə, Corc gələcəyin çempionudur. O, doğrudan da güclü sürücüdür və Mercedes-də yarışmağa layiqdir. Mercedes-in yarış qazanan bolidi olana kimi onu Həmiltonla müqayisə etmək olmaz. W13 indiyə kimi Rasselin sürdüyü ən yaxşı boliddir. Həmilton üçün eynisini deyə bilmərik.
Karyeralarının fərqli nöqtələrindədirlər və hədəfləri fərqlidir. İndidən bəziləri “Corc Lyuisi məğlub edir” deyərək sevinir. Mən tələsmirəm və qələbə üçün mübarizə aparmaqlarını gözləyirəm. Onda əsl vəziyyəti görəcəyik”.