D.Kulthard niyə Ferrari-yə getməyib?

Sabiq Formula1 sürücüsü Devid Kulthard 1996-cı ildə Ferrari-nin təklifini qəbul etməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü 1994-1995-ci illərdə Williams, 1996-2004-cü illərdə McLaren və 2005-2008-ci illərdə Red Bull komandalarında yarışmışdı.

Devid Kulthard: “Menecerlərim McLaren-lə daha yaxşı müqavilə imzalamışdılar. Bolidim zəif olsa da, daha çox pul qazanırdım. Bir neçə il zəif çıxış etsəm də, sonrakı illərdə rəqabətədavamlı idik.

Ferrari-dən də təklif gəlmişdi, amma onları rədd etdim. Çünki məni Mixaelin yanında ikinci sürücü etmək istəyirdilər. Düzdür, Mixael güclü sürücü idi və mən ondan daha zəif idim. Ancaq gənc yaşımda ikinci sürücülüyü qəbul edə bilməzdim. Buna görə də McLaren-i seçdim. Karyeram üçün ən doğru addım idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*