F-1.az xatırladır ki, niderlandlı sürücü bu il AlphaTauri komandası ilə Formula1-də debüt edəcək. O, Yuki Tsunoda ilə komanda yoldaşı olacaq və Nikdən gözləntilər çox yüksəkdir.
Devid Kulthard: “Ümid edirəm ki, başlayan kimi yaxşı performans göstərər və alphaTauri üçün yaxşı nəticələr qazanar. Məncə, o yaxşı sürücüdür. Bundan başqa Formula1 üçün yaxşı dəyərdir. Məncə, bu fürsəti karyerasının ən doğru zamanında əldə edir. Montsadakı performansından sonra Formula1-də yarışmağa layiqdir. Əgər komandasının lideri olsa, Formula1-də uzun illər yarışacaq”.