D.Kulthard: “McLaren bu yolu özü seçib, buna görə də dözməlidir”

Xəbər verdiyimiz kimi, sabiq Formula1 sürücüsü və hazırda Channel 4 telekanalının əməkdaşı olan Devid Kulthard paytaxtımızın qonağıdır. Dünən Bakı Şəhər Halqasını gəzən Devid ilə mətbuat konfransı keçirilib.

Kulthard konfransda F-1.az saytının əməkdaşı Elçin Zodorovun mövsümöncəsi testlər və McLaren Honda-nın vəziyyəti barədə suallarını cavablayıb.

Devid Kulthard: “Testləri izlədim və indidən bir söz demək çətindir. Bu il reqlamentdə ciddi dəyişikliklər var. Maşınlar daha aqressivdirlər və onları idarə etmək daha çoix fiziki güc tələb edir. Bu il həm də daha enli təkərlər var. Gənc sürücülər üçün bütün bunlara alışmaq təcrübəli sürücülərlə müqayisədə daha çətin olacaq.

Mən McLaren-in tərkibində doqquz il çıxış etmişəm. Orada dostlarım və tanıdığım çox sayda insan var. Onların istedadına şübhəm yoxdur. Komandada vəziyyət yaxşı deyil. Lakin komandanın özü bu yolu seçib və buna görə də səbirli, dözümlü olmalıdır. İndiki vəziyyət ürəkaçan deyil. Xüsusilə də, Fernando Alonso kimi istedadlı bir sürücü üçün heç yaxşı deyil”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*