F-1.az xatırladır ki, britaniyalı sürücü bu il Maks Ferstappenlə amansız mübarizə aparır. Həmilton 2017-ci ildən bəri bütün çempionluqlarını vaxtından əvvəl elan etmişdi. Ancaq bu il belə etməsi mümkünsüz görünür.
Devid Kulthard: “Lyuisin çoxlu xırda səhvləri oldu və hər dəfə bəxti gətirdi. İmolada çınqıllı sahəyə çıxdı, bariyerlərə çırpıldı, amma geri dönə bildi. Belə hadisələr çox olub. Rusiyada pit divarına çırpılanda maşınında problem olmadı. O, çox səhv edən deyil. İndi xırda səhvlər edir. Bu da onun təzyiq altında olduğunu göstərir”.