F-1.az xatırladır ki, Lekler sonuncu Mayami Qran Prisində iki dəfə trasdan çıxıb və bu da növbəti dəfə tənqidlərə səbəb olub.
Devid Kulthard: “Səhvlər qəbuledilməzdir və bu, onun zirehindəki cızıqdır. O, həqiqətən sürətlidir və maşından maksimum yararlanır, lakin çoxlu səhvlər və qəzalar edir. Şarl bundan xəbərdardır, komanda da bilir və məsuliyyəti öz üzərlərinə götürürlər, onlara başqa heç nə qalmır. Mən onun komandadan qovulacağını düşünmürəm, çünki o, maşından potensialı çıxarmaq baxımından Ferrari-nin ən güclü sərvətidir”.
Qeyd edək ki, keçən ilə möhtəşəm start verən Şarlın işləri bu mövsüm heç də yaxşı getmir. Baxmayaraq ki, ilk beş yarışda komandasına yeganə podiumu qazandırıb, iki dəfə finiş görə bilməyərək sürücülər çempionatında komanda yoldaşı Karlos Saynsdan geri qalır.
Eyni zamanda, komandanın çempionluğa imkan verən maşın hazırlaya bilməməsi monakolu sürücünün komandadan gedəcəyi barədə şayiələri də gündəmə gətirib.