D.Kulthard: İkinci qırmızı bayraq yersiz idi

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Avstraliyada ikinci qırmızı bayraq yersiz olub.

F-1.az xatırladır ki, Avstraliya yarışının son dövrələrində Maqnussen problem yaşamış və bolidi trasın kənarında saxlamışdı. FİA isə yarışı qırmızı bayraqla saxlamış və sonra yerindən startla yenidən başlatmışdı. Buna görə də 4 sürücü mübarizəni dayandırmışdı.

Devid Kulthard: “Bəli, Maqnussen divara çırpıldı, təkəri partladı və trasda çoxlu qırıntı buraxdı. Ancaq buna görə qırmızı bayraq çıxarmaq lazım deyildi. Məni təəccübləndirən budur.

Düzdür, çətin vəziyyətdir. Belə hallarda stüardlar, yarış direktoru çətin vəziyyətdə olur. Amma həmişə səhv qərar verməkdən qorxurlar və çox ehtiyatla qərar verirlər. Sözün açığı, təhlükəsizlik maşını bəs idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*