F-1.az xatırladır ki, Red Bull komandası 2007-ci ildən bəri tərəfdaş olduğu Renault ilə yolları ayırmağa qərar verib və gələn ildən Honda mühərriklərindən istifadə edəcək.
Devid Kulthard: “Renault ilə tərəfdaşlıqlarının necə olduğunu düşünürəm. Amma hələlik əsas 2020-ci ildən sonrasıdır. Renault-nun Formula1-də gözəl keçmişi var və Red Bull titullarını onlarla birlikdə qazandı.Bəs Renault-nun zavod komandası Red Bull-dan geri qalmağa razı olacaq? Heç kim gələcəkdə nələrin baş verəcəyini bilmr. Dəyişiklik üçün riskə getmək lazımdır”.