D.Kulthard: “Həmilton ortaq məxrəcə gəlməlidir”

Sabiq Formula1 sürücüsü Devid Kulthard düşünür ki, Həmilton Mercedes-lə yeni müqavilədə güzəştə gedə bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi gələn ilin sonunda bitir. İddialara əsasən 32 yaşlı sürücü yeni müqavilə üçün maaşının 13 milyon funt sterlinq artırılmasını istəyir. Əgər “gümüş oxlar” Həmiltonun tələbini qəbul etsə, 60 milyon dollarla idmanın ən çox pul qazananı olacaq.

Devid Kultard: “Keçən dəfə yeni müqavilə bağlayanda tələsmədi. Bilir ki, komanda üçün vacibdir. Amma komanda ona müəyyən qədər pul verə bilər. Nəticədə Formula1 komandası onlar üçün işdir və Lyuisə boş çek verə bilməzlər. Ortaq məxrəcə gələ bilərlər. Maliyyə cəhətdən anlaşa bilməsələr, müqavilə maddələri ilə kompensə edə bilərlər. Simulyatorda iş vaxtı, mətbuat günlərində iştirak və ya sponsor tədbirləri kimi maddələrdə problem həll oluna bilər. Əgər tərəflər bir yerdə işləmək istəyirlərsə, orta yolu tapa bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*