F-1.az xatırladır ki, Braziliya yarışının sonunda Fetteı və Lekler 4-cü yer uğrunda mübarizə apararkən təmas yaşayıblar və nəticədə hər iki sürücü mübarizəni dayandırmalı olublar.
Devid Kulthard: “Sebastyan bütün mövsüm ərzində gərgin idi. Çətin mövsüm keçirtdi və bunun səbəbi daha sürətli olan Leklerin gəlməsi idi. Şarl əksər yarışlarda və sıralanma sessiyasında öndə olan tərəf idi. Düzdür, Fettel dördqat Dünya Çempionudur, amma keçmişdəki uğurlar sizi gələcəkdəki problemlərdən siğortalamır. Sebastyan tez-tez səhvlər edir. Təkər-təkərə mübarizələrdə nə qədər bərbad olduğunu yenə gördük. Öz səhvini qəbul etməlidir”.