D.Kulthard: Ferstappen işin siyasi tərəfi ilə maraqlanmır

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Maks Ferstappen işin siyasi tərəfi ilə maraqlanmır.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il Maykl Masinin Əbu Dabidəki qalmaqallı qərarla Dünya Çempionu olmuşdu. Lakin daha sonra Red Bull komandasının keçən il büdcə limitini aşdığı üzə çıxıb. Bu da gənc sürücüyə yönələn tənqidləri artırıb.

Devid Kulthard: “Mak sadəcə işinə fokuslanıb. İşin siyasi tərəfinə fikir vermir.

Təbii ki, komandası üçün məyus olur. Nəticədə maliyyə cəhətdən zərvə alırlar. Yaxşı maaşı var. Əgər özünü pis hiss edirsə, fond yaratmaq üçün qabağa düşə bilər.

Təbii ki, Formula1-də həmişə səs-küylü müzakirələr olacaq. Həm Şumaxer, həm də Həmilton müzakirə mövzusu olub. Ferstappen də müzakirələrin mərkəzində yer alacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*