F-1.az xatırladır ki, “qırmızılar” keçən ilin sonunda Kimi Rəykköneni göndərərək, əvəzinə öz yetirmələri olan gənc və istedadlı Şarl Lekleri gətiriblər.
Devid Kulthard isə Ferrari-nin yeni heyətinin Messi və kiçik Messidən ibarət olduğunu deyib: “Sebastyan-Şarl cütü keçənilki heyətdən çox güclü və təhlükəlidir. Mən keçən il Kiminin yarış qazanacağına inanmırdım. Lakin Şarl bu il yarış qazana bilməsə, təəccüblənərəm. O, gənc, istedadlı və istəklidir. Buna görə də Lyuis Həmilton maksimum gücündə sürməli olacaq. Ferrari hazırda Messi və kiçik Messiyə sahibdir”.