D.Kulthard: “Halo sistemi F1-in marağını öldürəcək”

F-1.az saytı xəbər verir ki, 2017-ci ildə pilotların başını qorumaq üçün yeni üsullar axtarılır. Ona görə də Mercedes AMG komandası halo sistemini təklif edib. Bu sistemi tras üzərində ilk dəfə test edən komanda isə Ferrari olub.

Devid Kulthard da Halo sistemi barədə danışıb: “Qəza etmək təhlükəlidir. Əgər Formula1-də bu cür yaralanma azaldan sistemlər olsa, yarışlar insanlara qeyri-adi görsənməyəcək.

Sürücülər hava yastığı ilə təchiz edilmiş yük maşınları ilə yarışsınlar? Şəxsən mən istəmirəm”.

Şotlandiyalı aparıcı yeni sıralanma turu formatı barədə də danışıb: “Pilotlar bir saat ərzində ən yaxşı zaman nəticələrini göstərmək üçün əllərindən gələni edəcəklər. Bu da fanların xoşuna gələcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*