F-1.az xatırladır ki, Formula1 üzrə 1997-ci il mövsümünün çempionu Jak Vilnöv Kvyatın Toro Rosso-da qalmağa layiq olmadığını demişdi. Amma Kulthard eyni fikirdə deyil: “Qətiliklə deyə bilərəm ki, Kvyat yeni müqaviləyə layiqdir. Red Bull xeyriyyə cəmiyyəti deyil. Onlar sadəcə gənc və istedadlı sürücülərə investisiya qoyurlar. Daniil də bunlardan biridir və komandada qalmağa layiqdir. Səbəbsiz yerə onu göndərmək məntiqli olmaz.
Məncə, Kvyat yaxşı oğlandır. Çox sürətlidir, amma hamımız bilirik ki, idmanda vacib olan bu sürəti hər yarışda göstərməkdir”.