F-1.az xatırladır ki, AMR23 mövsümə sürətli başlayıb və qış testlərində hamını təəccübləndirib. Əksəriyyət düşünür ki, “yaşıllar” titul uğrunda mübarizə aparacaqlar.
Devid Kroft: “Yeni bolid texniki direktor Den Fəllovz, Mercedes-in sabiq aero işçisi Erik Blandin və komanda rəhbəri Mayk Krekin gözünün bəbəyidir. Üçü də komandaya keçən il qatıldılar.
Bundan başqa bolid Alonsonun əlində gözəl görünür. Komandanın testlərin son günündəki təkər yeyilməsi Red Bull-dan belə yaxşı idi.
Temp olaraq deyə bilmərəm, amma strategiya cəhətdən yaxşı işlər görə bilərlər. Sabiq texniki direktor Əndryu Qrin də kənara çəkilib və bolid elə bil yenidən yaranıb”.