D.Hill: “Williams çempion olmaq istəyirsə, Honda mühərriklərinə keçməlidir”

Son iki mövsümdə Mercedes mühərrikləri ilə mübarizə aparan Williams almanları üstələyə bilməyib. 1996-cı ilin dünya çempionu Deymon Hill Williams komandasının Mercedes mühərrikləri ilə çempion ola bilməyəcəyini düşünür.

F-1.az xəbər verir ki, bir müddət əvvəl Berni Ekklstoun da bildirmişdi ki, onun fikrincə, Mercedes və Ferrari digər komandalara nisbətən zəif mühərrik verir.

Sabiq pilot hesab edir ki, Williams çempion olmaq istəyirsə, Honda mühərriklərinə keçməlidir.

Deymon Hill: “Keçən il mən Williams-ın rəhbərliyinə bildirdim ki, onların istifadə etdiyi mühərrik Mercedes komandasının istifadə etdiyindən zəif olacaq. Bu mühərrikdən istifadə edən bir komanda çempion olacaqsa, o, Mercedes-in özü olacaq. Əgər onlar çempion olmaq istəyirlərsə, başqa mühərrikə keçməlidirlər. İndiki halda yeganə seçim Honda-dır. Williams və Honda-nı bir yerdə görmək istərdim. Honda çox pis bir mövsüm keçirdi. Amma onların çox güclü olacaqlarını gözləyirəm. Çünki, səhvlərini görüblər və məncə, onları düzəldiblər. Williams Mercedes və Ferrarini üstələmək istəyirsə, mütləq fərqli mühərrik seçməlidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*