F-1.az xatırladır ki, belçikalı sürücü artıq iki ildir ki, güclü komanda yoldaşı Fernando Alonsonun kölgəsində qalır. 26 yaşlı sürücü bu il 5 yarışın 3-dən xalla ayrılıb.
Deymon Hill: “Stoffeli uşaqlığından tanıyıram. Oğlumla eyni kateqoriyada idi və onunla maraqlanırdım. Güclü potensialı var. Amma Formula1-də uğurlu olmaq üçün inanılmaz şeylərə ehtiyacınız var. Onda hələ bunu görə bilmirəm. Hələ də insanları təəccübləndirəcək bir iş görməyib. Məncə, “yaxşı oğlan” imicini bir kənara qoyub daha sərt yarışmalıdır”.