F-1.az xatırladır ki, Toto Volff komandaya 2013-cü ildə gəlib və Mercedes 2014-cü ildən 2021-ci ilə qədər çox üstün olub.
Deymon Hill: “Toto işlərin yaxşı olduğu dövrdə komandaya gəldi. Buna görə də işlər qaydasında olmayanda tez anlayır.
Belə halda özünü təkmilləşdirirsən. Daha dərinə enib, təhlillər aparmalısan. Texnologiya şöbəsində işlərin tərs getdiyini bəlkə də, anlayıblar və harada səhv etdiklərini düşünüblər. Görək gələn il nə edəcəklər”.