F-1.az xatırladır ki, kanadalı sürücü bu il Alonso ilə komanda yoldaşı olsa da, ilk 3 yarışda ispaniyalı pilotun tempinə cavab verə bilməyib. Stroll 41 yaşlı komanda yoldaşından həm sıralanma turunda, həm də yarışda geridə qalıb.
Deymon Hill: “Strollun əsas hədəfi Alonsonun karyerasını bitirmək olmalıdır. Bu qəddarca səslənsə də. Rassell də Həmiltona qarşı bunu edir. Niko Hülkenberq də Kevin Maqnussenlə mübarizədə bunu etməyə çalışır. Özünüzü o komandanın bir nömrəsi və kralı kimi qəbul etdirməlisiniz”.