F-1.az xatırladır ki, Həmilton Malayziya Qran Prisində yarışı yarımçıq başa vurduqdan sonra ilahi bir qüvvənin onun qalib gəlməsini istəmədiyini bildirmişdi.
Deymon Hill: “Bu – Formula1-dir və belə şeylər baş verə bilər. Niko bu il çempion olarsa, heç də ədalətsiz nəticə olmaz. Bunun üçün çox çalışıb. Özünü çempionluğa həsr etdiyi açıqca görünür. Hədəfinə yaxınlaşdıqca üzərində artacaq təzyiqin öhdəsindən necə gələcəyini görmək maraqlı olacaq…”