F-1.az xatırladır ki, Deymon Hill 1994-cü və 1995-ci illərdə Mixael Şumaxer çempion olarkən 2-ci olmuş, 1996-cı ildə isə yeganə çempionluğunu əldə etmişdi.
Hill Niko Rosberqin də onun izi ilə gedə biləcəyini hesab edir. O öz təcrübəsinə əsasən düşünür ki, ardıcıl iki il 2-ci yeri tutmaq pilotu daha istəkli, daha ciddi mübarizə aparmağa sövq edir.
Qeyd edək ki, Deymon Hill 1962-ci və 1968-ci illərdə çempion olmuş Qrəhəm Hillin oğludur. Onlar çempion ola bilən yeganə ata-oğuldurlar. Keke Rosberq də 1982-ci ildə çempion olub. Niko titul qazanarsa, Rosberq ailəsi Hill ailəsinin uğurunu təkrarlayacaq…