D.Hill: Red Bull üçün sürücü dəyişmək rutin haldır

1996-cı ilin dünya çempionu Nik de Frizin mövsüm ortasında AlphaTauri-dən göndərilməsi ehtimalına toxunub.

F-1.az bildirir ki, Deymon Red Bull-un bu addımlarını başa düşdüyünü qeyd edib.

Deymon Hill: “Marko çox sərt müəllimdir, elə deyilmi? O, zəhmətkeşdir və həmişə belə olub. Ferstappen onun etimadını qazana bildi, Markonun onun üçün hazırladığı bütün sınaqlardan keçdi və indi komandaya uğur gətirir. Təbii ki, bu “güclülər sağ qalacaq, zəiflər vidalaşmalı olacaq” demək üçün arqument rolunu oynayır.

Red Bull-da hazırkı kadr dəyişikliyindən (Markonun de Vrisin tənqidinə işarə edir) danışarkən deyə bilərik ki, bu, komanda üçün tipik bir rutindir. Sürücüyə sürmək üçün yarım mövsüm vaxt verirlər və o, özünü sübut edə bilməsə, deyirlər: “Yaxşı, sən getdin, yerini başqası alacaq”.

Xatırladaq ki, belə halların əvvəl də şahidi olmuşuq. 2016-cı ildə bir neçə yarış keçməsinə baxmayaraq, Daniil Kvyat o vaxtkı adı ilə Toro Rosso-ya göndərilmiş, Maks Ferstappen onu əsas komandada əvəzləmişdi. Eyni hadisə 3 il sonra da baş vermişdi – bu dəfə qurban rolunda Pyer Qasli, onu əsas komandada əvəzləyən rolunda isə Aleksander Elbon var idi.

Bu gedişlər bəzən uğurlu, bəzən də uğursuz olub. Maks Red Bull ilə ilk yarışındaca qələbə qazanmışdısa, Elbon eyni uğuru əldə edə bilməmişdi. Əvəzində isə Qasli bir il sonra Montsada unudulmaz qələbə ilə Toro Rosso-ya tarixində ikinci analoji uğurunu qazandırmışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*