F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2022-ci ildə 22 yarışdan 17-də qalib gələrək, hər iki cəbhədə titulu bayram ediblər.
Deymon Hill: “Red Bull-da Mercedes-in 2014-cü ildəki üstünlüyü yoxdur. Mercedes elə güclü idi ki, mövsümün əvvəlində bunu gizlətdilər, çünki rəqib komandalar onlara qarşı birləşə bilərdilər.
2022-ci ildə isə Ferrari Red Bull-dan çox uzaqda deyildi. Tam potensiallarını bilmirik, amma rəqibləri onlara yaxındırlar. Bundan başqa Braziliyada Mercedes güclü idi”.