F-1.az xatırladır ki, Red Bull bu il keçirilən 3 yarışda da rahatlıqla qalib gəlib.
Deymon Hill: “Red Bull çempionatda demək olar qalib gəlib. Artıq gələcəyi düşünə bilərlər. Büdcə limitində bütün pulu builki maşına xərcləməlisən deyə qayda yoxdur. Buna görə qalan pulu gələnilki maşına yatıra bilərlər. Düzdür, rəqibləri mövsümün sonunda Red Bull-u udmaq üçün resurslarını ağılsızca tükədə bilər. Bunun necə nəticələnəcəyini bilmirik. Ancaq Aston Martin mövsümün sonunda qalib gələ bilər”.