F-1.az xəbər verir ki, bir çox insan kimi, 1996-cı ilin dünya çempionu Deymon Hill də Mercedes AMG-nin əslində güclü olduğunu düşünür: “Mercedes AMG testlərdə gücünü göstərmək istəmir. Həm özlərinin, həm də rəqiblərinin güclərini təxmini də olsa bilirlər. Qış testində real gücünüzü göstərməyə ehtiyac yoxdur. Onların işləri qaydasındadır və etibarlılıq cəhətdən hamıdan üstündürlər. Ferrari-nin işi çətin olacaq. Biz yenə də mübarizənin Mercedes AMG pilotları arasında getdiyini görə bilərik…”