F-1.az xatırladır ki, “gümüşü oxlar” Bəhreyndə yarışın qalibi Ferstappendən 51 saniyə geridə qalıblar.
Deymon Hill: “Toto Volff Bəhreyn yarışı üçün “karyeramın ən pis günü” dedi. Alçaldılar. Müştəri komandası onları keçdi.
Komanda rəhbərlərinin əksəriyyəti məyus idilər. Red Bull start aldı və gözdən itdi. Fernandodan başqa hamı batırdı. O, yarışın ulduzu idi. Lyuislə gözəl mübarizə apardılar və bu azarkeşlərə həzz verdi”.