D.Hill: McLaren proqramın gerisindədir

Sabiq Formula1 sürücüsü Deymon Hill bildirib ki, McLaren inkişaf proqramından çox geridə qalıb.

F-1.az xatırladır ki, “narıncılar” 2023-cü il bolidinin təkmilləşdirərkən səhv yönə getmiş və buna görə də mövsümə başlayanda maşın tam hazır olmamışdı. Britaniya komandası Bakıya yeniliklər gətirmiş və bolid nisbətən yaxşı işləməyə başlamışdı. Lakin Mayamidə onlar yenidən xalsız qaldılar.

Deymon Hill: “Mövsümə başlayanda indiki kimi olmalı idilər. McLaren inkişaf proqramının 4-5 yarış gerisindədir. Amma Red Bull-un arxasında mübarizə aparan Ferrari, Aston Martin və Mercedes-ə yavaş-yavaş yaxınlaşırlar.

Red Bull Racing hazırda A qrupundadır. Onların arxasındakı B Qrupunda isə maraqlı mübarizə gedir”.

Qeyd edək ki, McLaren bu il keçirilən 5 yarışdan 2-də – Avstraliya və Azərbaycan – xal qazanıb.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*