D.Hill: Maraqlı çempionat olacaq

Sabiq Formula1 sürücüsü Deymon Hill bildirib ki, 2020-ci il mövsümündə yarış az olacağı üçün sürücülər var qüvvəsi ilə yarışacaqlar.

F-1.az xatırladır ki, mövsüm 5 iyuldakı Avstriya yarışı ilə başlayacaq və təqvimin 15 ya da 18 yarışdan ibarət olacağı gözlənilir. Əgər 18 yarış olsa, 2009-cu ildən sonrakı ən qısa Formula1 təqvimi olacaq.

Deymon Hill: “Builki çempionat maraqlı olacaq. Çünki yarış sayı azdır və hamı var qüvvəsini göstərəcək. Bolidlərə çox yenilik gəlməyəcək. Bizi qeyri-adi mövsüm gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*