F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Lakin “gümüşü oxlar” yeni mövsümə uğurlu start verməyərək, ilk 3 yarışda qələbəsiz qalıblar. Qeyd edək ki, 2014-cü ildə turbo erası başladıqdan sonra Almaniya komandası ilk dəfə belə halla qarşılaşır. Əksəriyyət düşünür ki, Formula1-də yenidən Ferrari erası başlayır.
Deymon Hill: “Əgər yeni era başlayırsa, Lyuis Həmilton Mercedes-lə müqaviləni yeniləməmişdən əvvəl düşünəcək. Bütün sürücülər ən güclü komandada olmaq istəyərlər. Bu, imperiyaların yüksəlişi və çöküşü kimidir. Bəlkə də, Mercedes-in dövrü artıq bitir və Ferrari erası yenidən başlayır”.