F-1.az xatırladır ki, Mercedes komandası mövsümə yaxşı başlamadığı üçün tənqidlərə tuş gəlib. Komandanın yeddiqat Dünya Çempionu Lyuis Həmilton isə bu günlərdə bildirmişdi ki, 2023-cü il bolidi hazırlananda onu dinləməyiblər.
Deymon Hill: “İşçiləri tənqid etmək çətindir. Bir adama çox yüklənmək və birinə günah istəməzsiniz, amma Formula1-də belə şeyləri gizlətmək olmur. Biri mütləq nəyin doğru, nəyin səhv olduğunu araşdıracaq və səhv edənlər təzyiq altında qalacaq.
Mattia Binotto Ferrari-dən ayrılmağa məcbur deyildi, amma ayrıldı. Bu idmanın təbiətində var. Mercedes-də bu mövzunu gündəmə Lyuis gətirdi və dedi ki, komanda məni dinləmədi.
Mercedes-də komandaya ən böyük təzyiqi Lyuis göstərir. Problemi bilirlər və onu həll etməyə məvburdurlar. Toto Volff isə həmişə deyir ki, bu potensialımızı göstərmək yaxşı fürsətdir.
Mercedes-i silib atmaq və problemləri həll etməyəcəklərini demək axmaqlıq olar. Deyirlər problem saydpodla deyil, amma bu hissə Williams-dan başqa hamıda fərqlidir.
Aston Martin eynilə Ferrari kimi daha böyük saydpoda sahibdir. Red Bull-un kopiyasıdır. Mercedes problemli konseptlə davam etməkdə israrlıdır”.