F-1.az xatırladır ki, britaniyalı sürücü son iki yarışı qazanaraq, Ferstappenlə fərqi 8-ə endirib. Mövsümün bitməsinə isə 2 yarış qalıb.
Deymon Hill: “Həmilton getdikcə güclənir. Məncə, mövsümün ortasında potensialının yarısını işlədir və sonda lazım olanda çox güclənir. O, qələbələr qazanır və fərqi azaldır. Çox enerjilidir”.