D.Hill: Həmilton ambisiyalıdır

1996-cı ilin F1 üzrə dünya çempionu Deymon Hill titukub yeddiqat sahibi Lyuis Həmilton barədə fikirlərini bildirib.

F-1.az xəbər verir ki, Deymon həmyerlisinin çox ambisiyalı olduğunu düşünür.

Deymon Hill: “Lyuis artıq təqaüdə çıxmaq haqqında düşünür, çünki onun artıq 38 yaşı var. Ən yaşlı sürücülərdən biri olduğu məlumdur. Hamı bilir ki, karyeranı əbədi davam etdirmək mümkün deyil, lakin Lyuis əla formadadır və öz işinə sadiqdir.

Bu qədər idmandan sonra maşının kifayət qədər rəqabətədavamlı olmadığını bilirsinizsə, özünüzü təyyarəyə minməyə, otelə qeydiyyatdan keçməyə və trasa gəlməyə məcbur etmək psixi cəhətdən çətin ola bilir. Maşının hansı gücdə olması əsas məsələdir. Lyuis qalib gələ biləcək bir maşına sahib olsa, o, idmanda qalıb mübarizə aparacaq. Əks halda, onun üçün uzunmüddətli perspektiv haqqında düşünmək daha çətin olacaq.
Bir sürücüyə yerkökü şəklində bir stimul lazımdır – çox yaxşı yerkökü. Lyuis səkkizinci titulunu qazanarsa, bütün dövrlərin ən uğurlu yarış pilotu olacaq – bu, sadəcə olaraq, böyük bir yerköküdür. Düşünürəm ki, Həmilton Əbu Dabidə çempion ola bilməməsinin təsirindən ayılıb və artıq özünə gəlib. İndi titulu geri qaytarmaq əzmindədir. Düşünürəm ki, o, ambisiyalarla doludur”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*