F-1.az xatırladır ki, almaniyalı sürücü bu mövsüm Formula1 karyerasını bitirib.
Deymon Hill: “Sebastyanı son dəfə görmədik. Formula1-ə başqa rolla da olsa, qayıdacaq. O, idmanın vacib bir parçasıdır və buraya fayda vermək üçün qayıdacaq. Məncə, gözləntilərini dəyərləndirmək üçün istirahətə ehtiyacı var idi. İdman adamı kor edir. Dünyaya həmişə paddokdan və ya kokpitdən baxırsınız. Dünyanın gözəlliklərini görmək üçün Formula1-dən uzaqlaşmalısınız. Sebastyan gələn ildən rahatlıqla öz proqramını qura bilər.
Fettel hələ gəncdir. Mən karyeramı bitirəndə 40 yaşım var idi. Onun indi 35 yaşı var. Çox cavandır”.