F-1.az xatırladır ki, “qırmızılar” keçən ilin sonunda komanda rəhbərləri Mattia Binotto ilə yollarını ayırmışdı. İtaliyalı mütəxəssis hazırda icbari gözləmə müddətindədir. Onun bir ili belə keçirməsi və daha sonra işləmək üçün başqa komandaya getməsi gözlənilir.
Bəziləri bu komandanın Alpine, bəziləri isə Audi olmasını gözləyir. Amma Deymon Hill başqa fikirdədir: “Hər şeydən əvvəl texniki cəhətdən çox güclüdür və komandanın çox vacib bir hissəsidir. Çox yaxşı istedadı var və onu komandaya gətirmək istərdim, çünki çox ağıllı insandır. Ancaq bunun mümkün olub-olmayacağını bilmirəm.
Komanda rəhbəri olmaq işin bir hissəsidir. Bəzi insanlar bu işdə daha yaxşıdır. Orada əksər şeylər pul, strategiya və marketinq haqqında toplantılardır. Bu sizin əsas işini olmaya bilər və bunu sevməyə bilərsiniz. Mən Ferrari-nin Vassyörlə Binottonu bir işlətməməsinə təəccübləndim, çünki Fred yarışmağın nə olduğunu bilən adamdır”.