D.Hill: Ciddə trası Red Bull-un əsl gücünü göstərəcək

1996-cı il dünya çempionu martın 17-19-da keçiriləcək Səudiyyə Ərəbistanı Qran Prisi haqqında fikirlərini bölüşüb.

F-1.az xəbər verir ki, Deymonun fikrincə əgər Red Bull-un maşınının zəif tərəfləri varsa, Ciddə trası onları üzə çıxaracaq.

Deymon Hill: “Bəhreyndəki kimi olmayacaq. Bu dəfə maşın üçün tamamilə fərqli xüsusiyyətlərə və tələblərə malik tras olacaq, ona görə də hər şey mütləq şəkildə Bəhreyndəkinə bənzəməyəcək. Ümumiyyətlə, düşünürəm ki, Bəhreyndən Səudiyyə Ərəbistanına keçid bütün mövsümün necə keçəcəyinin həqiqətən vacib göstəricisi olacaq. Bu, Red Bull-da hər hansı bir zəif nöqtənin olub-olmadığı barədə fikirləri də aydınlaşdıracaq. Ola bilsin ki, üstünlükləri həqiqətən də konkret trekdən asılıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*