D.Hill: Alonso və Ferstappenin güclü olma səbəbi…

Sabiq Formula1 pilotu Deymon Hill düşünür ki, Alonso və Ferstappen komandalarına söz keçirən pilotlardır.

F-1.az xatırladır ki, britaniyalı sürücü 1998-ci ilin Belçika yarışında komandası Jordan-la radiodan danışıqlar aparmış və yarışı komanda yoldaşı Ralf Şumaxerin önündə qalib bitirmişdi.

Müasir dövrdə də belə sürücülər çoxdur. Deymon Hill məhz belə sürücülərdən danışıb.

Deymon Hill: “Maksın bu qədər güclü olmasının səbəbi budur. Corc Rassell barədə də oxşar sözlər eşitdim, hətta Karlos Sayns haqqında da… Fernando Alonso kimi sürücülər kokpitdən komandanı yönləndirirlər. Belə hallarda sürətli düşünmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*