F-1.az xatırladır ki, 1996-cı ilin Dünya Çempionu Alen Prost, Ayrton Senna, Naycel Mansell, Jak Vilnöv və Devid Kulthard kimi sürücülərlə komanda yoldaşı olub.
Deymon Hill: “Hazırda ən çox Alonso ilə komanda yoldaşı olmaq istəyərəm. Macarıstan yarışından sonra Okon Alonsonu tərifləyirdi və onun yaxşı komanda yoldaşı olduğunu deyirdi. Alonso cavan olanda onunla işləmək çətin idi, amma insanlar yaşlandıqca öyrənirlər və yetkinləşirlər. Yetkinləşmiş Alonso mənim ən böyük favoritimdir.
Komanda yoldaşlarım həmişə məni təkmilləşdiriblər. Mixael Şumaxer komanda yoldaşım olmasa da, demək olar ki, bərabərgüclü maşınlarda onunla mübarizə aparmışam və ona nisbətdə harada olduğumu bilirəm. Lyuisə qarşı harada olduğumu isə heç vaxt bilməyəcəm. Normal şəraitdə məni trasdan silər, amma öyrənmək lazımdır. Bütün sürücülər digərlərinə nisbətdə harada olduğunu bilməlidir və meyar nöqtəniz həmişə güclü sürücülər olur”.