F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddə yarışından sonra 10 saniyə cəza alıb podiumu əldən versə də, sonradan Aston Martin-in etirazından sonra cəza ləğv edilmişdi.
Deymon Hill: “Ciddədəki yarışdan sonra alonsonun açqılamalarını xatırlayın. Dedi ki, stüardlar cəzanı vaxtında versələr, fərqi açardı.
Niki Lauda və Ceki Stüartdan başqa Formula1-dəki ən ağıllı adam Fernando Alonsodur. O, hər şeyi düşünür və çox ağıllıdır. Ona makina demək istəyirəm, amma makina deyil, insandır. Yarış dünyasının ən yaxşılarından biridir. Məni həmişə təsirləndirir”.