D.Fellouz: Red Bull cərimənin nəticələrini minimuma endirəcək

Red Bull -un keçmiş aerodinamika rəhbəri hesab edir ki, onun keçmiş komandası maliyyə qaydalarını pozduğuna görəftətbiq edilən cəzaların təsirini hiss edəcək.

F-1.az xəbər verir ki, artıq Aston Martin-də çalışan təcrübəli mütəxəssis həm də Red Bull-un bu cərimələrin təsirini azaltmaq üçün hər cür imkana malik olduğunu da qeyd edib.

Den Fellouz: “Keçən ilki maşının imkanlarını nəzərə alsaq, Red Bull çox güclü mövqedədir. Ötən mövsümlə müqayisədə reqlamentdəki dəyişikliklər o qədər də böyük deyil, ona görə də bu mövsüm yenə çox güclü olacaqlar.

Bununla belə, aerodinamik borunun vaxt məhdudiyyəti kifayət qədər ciddidir və bu amil onların vəzifəsini mütləq çətinləşdirəcək. Bununla belə, Red Bull-un güclü mütəxəssisləri və böyük təcrübəsi var. Əminəm ki, onlar cərimənin nəticələrini minimuma endirəcəklər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*