Keçən il CVC Capital Partners Ltd. fondunun Formula1-lə bağlı zərərləri nəzərəçarpacaq dərəcədə artıb, çünki Britaniya sərmayə fondu Ferrari SpA və Toyota Motor Corp kimi böyük avtoistehsalçıları çempionatda saxlamaq üçün böyük vəsaitlər ödəməli olub.
Hazırda maliyyə zərəri 505 milyon dollar dəyərində qiymətləndirilir – bu barədə Bloomberg agentliyi CVC-nin dünən dərc etdiyi hesabatlara istinadən məlumat yayıb. Bu zaman satış həcmi 13% artaraq 1.06 milyard dollara çatıb, buna səbəb isə Valensiya və Sinqapur kimi yeni traslar və teleyayımdan gəlirin artmasıdır.
2006-cı ildə CVC Formula1-in səhmlərini əldə etmək üçün bankdan 2.5 milyard dollar kredit götürmüşdü, 2008-ci ildə isə komandalara ödəmələri 52% artırmağa məcbur olmuşdu – yalnız bu halda komandaların 2012-ci ilə qədər çempionatda çıxışını təmin etmək mümkün olmuşdu…