Formula1-in faktiki sahibi olan СVC Capital Partners şəxsi sərmayə fondu səhm siyasətini dəyişmək fikrindədir. Bir neçə variant nəzərdən keçirilir: səhmlərin satılması, İPO keçirilməsi və borcun yenidən maliyyələşdirilməsi. Bu barədə şəxsi mənbələrinə istinadən Reuters agentliyi xəbər yayıb.
Onlardan biri bildirib ki, potensial alıcılar artıq Formula1-ə maraq göstərirlər – bu böyük şəxsi və dövlət sərmayə fondlarıdır. Amma CVC-nin rəhbərliyi hələlik Formula1-in qiymətli kağışzalrının gələcək taleyi barədə qərar qəbul etməyiblər.
Nə СVC, nə də Berni Ekklstounun kommersiya nümayəndələri vəziyyəti şərh etməyiblər.
Reuters-in bildirdiyinə görə, ən yaxşı variant kimi səhmlərin satılması nəzərdə tutulub, amma CVC-nin ekspertləri əmin deyillər ki, cari iqtisadi şəraitdə kimsə Formula1-ə adekvat qiymət versin.