Ç.Uaytinq Xeres testlərinə baş çəkəcək

Yeni maşınların hazırlanması zamanı komandalar daim FİA ilə bu və ya digər elementlərin reqlamentə uyğunluğu barədə məsləhətləşirlər – sonradan qadağan […]

Yeni maşınların hazırlanması zamanı komandalar daim FİA ilə bu və ya digər elementlərin reqlamentə uyğunluğu barədə məsləhətləşirlər – sonradan qadağan oluna biləcək elementə əlavə vəsaitin və vaxtın sərf olunmasını heç kim istəmir.

FİA demək olar ki, bütün yeni texniki qərarlardan xəbərdar olur, amma FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq Xeresdə birinci mövsümöncəsi testlərə baş çəkməyi planlaşdırıb.

Formal olaraq, testlərdə komandalar reqlamentə məhəl qoymadan istənilən yeniliyi yoxlaya bilərlər, hətta keçənilki konfiqurasiyada maşını da trasa buraxa bilərlər ki, yeni maşınla müqayisəli təhlil aparsınlar. Rəsmən maşınların texniki təftişi yalnız Qran Pri çərçivəsində uik-enddən bir gün əvvəl həyata keçirilir, ona görə də Uaytinq testlərdə sadəcə məsləhətçi rolunu oynayacq ki, mövsümün ilk yarışında mümkün qalmaqallar baş verməsin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*