FİA-nın yarış direktoru və təhlükəsizlik nümayəndəsi Çarli Uaytinq Soçiyə gələrək Olimpiya parkında gələn il Rusiya Qran Prisinin keçirilməsi üçün salınan trası təftiş edib.
Uaytinq trasa Rusiya Avtombil Federasiyasının rəsmiləri ilə birlikdə baş çəkib və gördüklərindən çox razı qalıb. Xatırladaq ki, Soçidə ilk yarış gələn ilin sonunda keçirilməlidir.