Ç.Uaytinq: “2013-cü ildə FİA yeni məhdudiyyətlər tətbiq etməli olacaq”

FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq etiraf edib ki, qazburaxma sisteminin maşının aerodinamikasına təsirinə tam qadağasına nail olmaq çətindir, amma yeni […]

FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq etiraf edib ki, qazburaxma sisteminin maşının aerodinamikasına təsirinə tam qadağasına nail olmaq çətindir, amma yeni texniki reqlament bu təsirin minimuma enməsinə təminat verəcək…

Çarli Uaytinq: “Biz başa düşürük ki, builki qaydalar 100%-lik effektliyə təminat vermirlər. Bu klassik vəziyyətdir: nəsə kəşf olunanda siz bu məlumatdan istifadə etməkdən çəkinə bilmirsiniz. Mühəndislər bilirlər ki, qazburaxma sistemi sayəsində müəyyən üstünlük əldə etmək mümkündür və bu sahədə onların müəyyən yaradıcılıq imkanları var.

Amma effektliyinə görə builki sistemlər keçənilkilərə çox uduzur. Reqlamentin tələbləri qazburaxma birusunun yalnız son 100 millimetrlik uzunluğuna aiddir, yəni bu boruların çıxış bucağı maşınının müstəvisi ilə 10-30 dərəcə olmalıdır.

Mən əminəm ki, bütün maşınlarda bu bucaq 10 dərəcəyə daha yaxındır, nəinki 30 dərəcəyə, ona görə ki, borudan çıxan işlənmiş qaz axını maksimum aşağıya yönəlsin. Komandalar bu isti hava kütləsini istədikləri yerə yönəldirlər. Hesab edirəm ki, sistemlərin effektliyini keçənilki səviyyənin 20%-nə çatdıra bilərlər. Məncə, gələn il biz yeni məhdudiyyətlər tətbiq etməli olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*