C.Styuart: “Tarixin ən yaxşı sürücüsü Fanxiodur”

Formula1 tarixinin ən yaxşı sürücüsünün kim olması barədə mübahisələr həmişə olub və bu gün də səngimək bilmir. Ceki Styuart ən […]

Formula1 tarixinin ən yaxşı sürücüsünün kim olması barədə mübahisələr həmişə olub və bu gün də səngimək bilmir. Ceki Styuart ən yaxşı sürücü beşqat dünya çempionu Xuan Manuel Fanxionu hesab edir…

Ceki Stüart: “Mənim üçün ən yaxşı sürücü Xuan Manuel Fanxiodur. Onun beş titul qazanması inanılmazdır, nəzərə alın ki, sürücü Avropaya gələndə artıq 39 yaşı var idi. O, yarışdığı bütün sürücülərdən sürətli idi və zamanını qabaqlayırdı. O, xüsusi bir adam idi. Əgər məndən kimə oxşamaq istədiyimi soruşsalar, düşünmədən deyərdim ki, Fanxioya.

Karyerasını başa vurduqdan sonra Mercedes-lə əlaqələrini saxlamışdı. Argentinada Mercedes-Benz nümayəndəliyinə başçılıq edirdi. Məncə, məhz Xuan riski əvvəlcədən hesablaya bilirdi – həm də bunu yalnız avtoidmanda deyil, biznesdə də bacarırdı.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*