Texasın Ostin şəhərində salınmış Circuit of the Americas (COTA) avtodromunun qurğular kompeksi, o cümlədən, 17-ci döngənin daxilində yerləşən məşhur baxış qülləsi Amerikanın “İlin binası” mükafatına namizəd olan 50 obyektin siyahısına düşüb.
Miro Rivera Architects arxitektor bürosu tərəfindən hazırlanmış COTA Grand Plaza layihəsinə 6500 yerlik amfiteatr, baş tribuna, tras üzərindən iki körpü və əlbəttə, 77 metr hündürlüyü olan baxış qülləsi daxildir.
American-Architects saytındakı onlayn səsvermə yanvarın 28-dək davam edəcək…