F-1.az bildirir ki, Mario İndyCar, NasCar və Formula1-də çoxlu uğurlar əldə edib. O, 1978-ci ildə Dünya Çempionu titulunu qazanaraq, bu uğura yiyələnən son amerikalı pilot olub.
COTA trasının rəhbərliyi veridiy açıqlamada bildirib ki, 10-cu döngəyə Andrettinin adını verəcəklər. Bu döngə start-finiş düzlüyündən əvvəlki son döngədir və oraya 2020-ci ildə Big Red adı verilmişdi.
Ad dəyişikliyini rəsmiləşdirmək üçün cümə axşamı COTA-da mərasim olacaq. Xatırladaq ki, Andretti 2012-ci ildə ilk yarışdan əvvəl trasda maşın sürən ilk şəxs olmuşdu. O vaxtdan bəri tras Formula1 təqvimindədir və 2013-cü ildən MotoGP-də bu trasda təşkil olunur.