F-1.az xatırladır ki, almaniyalı pilot mövsümün sonunda idmandan gedəcək. Buna görə də onun şərəfinə bir tədbir keçirmək istəyirlər.
Amerika yarışına keçən il 400 mindən çox azarkeş tribunadan baxmışdı. Bu il rekordun yenilənməsi gözlənilir.
COTA trasının rəhbəri Bobbi Epstayn: “ameriSebastyanı təbrik etmək və ona təqaüdə çıxmamışdan əvvəl təşəkkür etmək istəyərik. Bu barədə danışıqlar gedir və bəzi ideyalarımız var”.
Qeyd edək ki, almaniyalı əfsanə Formula1 karyerasındakı ilk yarışa 2007-ci ildə Amerikanın İndianapolis trasında çıxmışdı və BMW Sauber ilə 8-ci olaraq, debüt yarışında karyerasının ilk xalını qazanmışdı.