Cosworth moroçuları Aston Martin-lə tərəfdaş olmaq istəyirlər?

Müstəqil mühərrik istehsalçısı olan Cosworth şirkəti bildirib ki, Aston Martin-lə tərəfdaşlıq etməyə razıdırlar.

F-1.az xəbər verir ki, Aston Martin 2021-ci ildə qüvvəyə minəcək yeni mühərrik reqlamenti ilə Formula1-ə gəlmək istəyir. Britaniyalar sadəcə məsrəflərin azalmasını istəyirlər. Cosworth-dan Brus Vud bildirib ki, Aston Martin-lə tərəfdaşlıq edə bilərlər: “Bir yerdə işləmək istəyərim. Uzun illərdir ki, Aston Martin-lə birlikdə yaxşı işlər gördük. Uzun illərdir ki, Red Bull və Aston Martin-lə Valkyrie layihəsi üçün işləyirik. Yəni bu işdə məntiq var. Aston başqasının mühərriyinə ad qoymaq istəmir. Onlar daha yaxşı işlər görmək istəyirlər. Red Bull ilə münasibətləri yaxşıdır. Orada bir yerdə iş görmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*