F-1.az xatırladır ki, 2021-ci ildə Əllison texniki şöbəni Mayk Elliota təhvil vermişdi. Onun rəhbərliyi altında komanda yenidən Mühəndislər Kubokunu qazansa da, 2022-ci ildə minimal yan pontonların konsepsiyasında səhvə yol verib və onun səmərəsiz olduğuna əmin olana qədər bu konsepsiyaya sadiq qalıb.
Əllison 2023-cü ilin aprel ayında texniki direktor vəzifəsinə qayıdıb və Rassel hesab edir ki, bu qayıdış komanda üçün həlledici əhəmiyyət kəsb edib.
Corc Rassell: “Ceyms Əllisonun yenidən layihədə daha fəal iştirak etməsi bizim üçün böyük üstünlük oldu. Komandada çoxlu istedadlı insan var, lakin onun aydın rəhbərliyi və təcrübəsi mühəndislərin istedadından maksimum səmərəli istifadə edilməsi üçün həlledici əhəmiyyət kəsb etdi”.
Mercedes-in göstəricilərinin yaxşılaşması Red Bull komandasının rəqabət qabiliyyətini qismən itirməsi ilə də müşayiət olunub. “Biz irəliləyiş əldə etdik, onlar isə geri addım atdılar”, – deyə Rassell qeyd edib.